Untitled Document
Lisey 1992-ci ildə ində Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə 4 sentyabr 1992-ci il tarixdə imzalanmış Niyyət Protokolu əsasında fəaliyyətə başlamışdır. Qısa müddətdə lisey üçün ayrılmış binanın təmirini və avadanlıqlarla təchizatını başa çatdırildı, qəbul imtahanları aparıldı. Nəticədə 6-cı və 8-ci siniflərə 84 şagird qəbul edildi və lisey tədrisə başladı.

Bu gün elektron -məktəb proqramı ilə işləyən Bakı Özəl Türk Liseyi ölkədə ən müasir təlim bazasına –müasir məktəb binasına, ən müasir avadanlıqlarla təchiz olunmuş sinif və laboratoriyalara, lazımi sosial fəaliyyət məkanına sahibdir. Pedaqoji kadrları azərbaycanlı vəTürkiyəli müəllim və tərbiyəçilərdən ibarət olan məktəbdə şagirdlərə yüksək səviyyədə təlim və tərbiyə verilir, şagirdlərdmətlərl tələb olunan hər cür məişət, ictimai, mədəni, communal xidmətlərlə təmin olunurlar.

Fəaliyyətə başlamasından cəmi iki il keçən liseyin beş şagirdi Bolqarıstanda keçirilən məktəblilərin VIII Beynəlxalq Biologiya Olimpiadasında 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ilk beş medalını qazandı. O gündən başlayaraq məktəbin şagirdləri respublika və beynəlxalq fənn olimpiadalarında, müsabiqələrdə fəal iştirak edirlər. İndiyədək lisey şagirdləri müxtəlif ölkələrdə keçirilən olimpiada və bilik yarışlarında ölkəmizə çox sayda qızıl, gümüş və bürünc medallar qazandırmışlar.

Bakı Özəl Türk Liseyinin məzunlarının sorağı dünyanın 24 ölkəsinin universitetlərindən gəlir.
Müasir təlim və tərbiyə müəssisəsi olan Bakı Özəl Türk Liseyi dövlətin, xalqın, xüsusən də valideynlərin və şagirdlərin ona olan etimadı doğrultmaq üçün daim axtarışda, daim təkmilləşməkdədir.

Bakı Özəl Türk Liseyi
Bakı şəhəri Fətəlixan xoyski 109
Tel: (+994 12) 465 40 50/51/52
Fax:(+994 12) 465 40 54
e-mail: baku@cag.edu.az